İsmayıllıda körpə doğuş zamanı ölüb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 23-də saat 09 radələrində baş verib. Belə ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 1996-cı il təvəllüdlü Narxanım Həkimovanın körpəsi doğuş zamanı vəfat edib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.