Ukrayna ilə bağlı vasitəçilik üçün münaqişədə ölkələr bərabər məsafədə olmalıdır.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşündə deyib .
“Ukrayna ətrafında vəziyyət ətraflı müzakirə olunub. Ankaraya diqqət çəkilib ki, Ukrayna böhranının həllində vasitəçi olduqlarını iddia edən ölkələr bərabər məsafə prinsipinə riayət etməli və münaqişə tərəflərindən biri ilə birləşməməlidirlər”, - deyə görüşün yekunlarına dair bəyanatda deyilir.
Bundan əlavə, Rusiya tərəfi real sülh təşəbbüslərinə və əməkdaşlıq təkliflərinə açıq olduğunu bildirib.