EN

İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal

İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Amid Hüseynzadə qurumu məhkəməyə verib. Qaynarinfo-nun məlumatına görə, Amid Hüseynzadə bir müddət əvvəl işdən çıxarılıb. Lakin o rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəməyə üz tutub. Amid Hüseynzadənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılır. Mayın 13-nə iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilib. İslas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.

Chosen
48
2
afn.az

7Sources