EN

Türkiyədə 12 mərtəbəli hoteldə yanğın

Türkiyənin Antalya bölgəsində 12 mərtəbəli hoteldə yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə Antalyanın Alanya rayonunda təmirdə olan binanın 1-ci mərtəbəsində baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadası göndərilib və yuxarı mərtəbələrdə qalan işçilərin xilas edilməsi işləri görülür. Yanğında içəridə qalan 4 işçi xilas edilib.


Müəllif: Teleqraf.com
Chosen
25
8
teleqraf.com

10Sources