EN

Çinin Süni İntellekti Silikon vadisini təşvişə saldı, birjalar dalğalandı

Çin şirkəti DeepSeek Silikon Vadisi investorları arasında çaxnaşma yaradan və bir sıra mühakimə testlərində ABŞ-ın ChatGPT-dən üstün olduğu üzə çıxan pulsuz chatbot işə salıb.

Çinin süni intellekt proqramı DeepSeek-R1 ABŞ, Böyük Britaniya və Çində Apple App Store-da ən yüksək reytinqli pulsuz proqrama çevrilib.

Onun populyarlığı ABŞ-ın süni intellektdə şəksiz lider olduğuna dair geniş yayılmış inamı təkzib edir.

DeepSeek-in məlumatına görə, yeni chatbot daha ucuz çiplərdən istifadə edir və daha kiçik verilənlər bazasına əsaslanır.

Sİ köməkçisi açıq mənbəli DeepSeek-V3 modeli əsasında işləyir. Tədqiqatçıların fikrincə, bu model 6 milyon dollardan az qiymətə hazırlanmışdır ki, bu da rəqiblərin oxşar inkişaflara xərclədiyi milyardlarla dollardan xeyli azdır. Bununla belə, bu iddia Sİ sahəsindəki digər mütəxəssislər tərəfindən mübahisələndirilir.

Reuters xəbər verir ki, R1-in yaranması maliyyə bazarlarında süni intellektin çip istehsalçılarından tutmuş məlumat mərkəzlərinə qədər bütün təchizat zəncirində tələbi artıracağına dair geniş yayılmış fikirləri yalanlayır.

DeepSeek birjalarda da panikaya səbəb olub. Bazar ertəsi səhər Avropada Nasdaq 100 elektron birja fyuçersləri 2,6%, S&P 500 - 1,4% ucuzlaşıb. Amerikanın texnologiya şirkəti Nvidia-nın səhmləri demək olar ki, 10% ucuzlaşıb. İnvestisiya yönümlü SoftBank Qrupunun səhmləri 8%-dən çox düşüb və bu, 30 Sentyabrdan bəri ən böyük bir günlük enişdir.

Chosen
80
24
aznews.az

10Sources