EN

Çilidə turist gəmisinin batması nəticəsində 7 nəfər həyatını itirib

Bakı, TurkicWorld

Cənubi Amerika ölkəsi Çilidə baş verən qayıq qəzası faciə ilə nəticələnib.

TurkicWorld xəbər verir ki, Osorno vilayətindəki Bahia Mansa körfəzində həddindən artıq sərnişin daşıyan turist gəmisi qayalara çırpılaraq batması nəticəsində 7 nəfər həyatını itirib, 27 nəfər isə xilas edilib.

Çili mətbuatının verdiyi məlumata görə, gəmi həm tutumundan çox sərnişin daşıyırdı, həm də mühərrik nasazlığı səbəbindən idarəetməni itirib. Qayığın qayalara çırpılması nəticəsində batdığı bildirilir.

Hadisəyə dərhal müdaxilə edən xilasedicilər sağ qalanları sahilə çatdırıb. Prokurorluq qəzaya dair araşdırmalara başlayıb və gəminin 34 yaşlı kapitanının həbs edildiyini açıqlayıb.

Polis rəsmiləri gəminin təhlükəsizlik standartlarına uyğun olmadığını və qəzanın bu səbəblərdən qaynaqlandığını vurğulayıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Chosen
39
turkic.world

1Sources