EN

Prezidentdən məmurlara çağırış: "Kəmərlərinizi sıxın..."

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumət üzvlərini qənaət etməyə çağırıb.

Modern.az-ın məlumatına görə, bu barədə o, hökumətin iclasında danışıb.

Tokayev bildirib ki, ölkə hökuməti ümumi qənaəti təmin etməlidir. Onun sözlərinə görə, hakimiyyət iqtisadi durğunluğun qarşısını almaq və onun inkişafını təmin etmək üçün “çətin qərarlar qəbul etməli” olacaq.

“Nə qədər çətin olsa da, hökumət vəsaitlərin ümumi qənaətini və onların yalnız ən aktual problemlərin həllinə xərclənməsini təmin etməlidir. Kəmərlərimizi sıxıb imkanlarımız daxilində yaşamağın vaxtı çatıb”, - deyə Tokayev qeyd edib.

Chosen
28
1
modern.az

2Sources