EN

Belousov Xarkov vilayətində döyüşən rus qoşunlarına müraciət edib

Rusiyanın müdafiə naziri Andrey Belousov Xarkov vilayətində hərbi əməliyyatlar aparan rus qoşunlarına müraciət edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

Nazir 25-ci əlahiddə qvardiya motoatıcı diviziyasının zabit və əsgərlərinə müraciət edib. Bu bölmənin hərbçiləri yanvarın 28-də Xarkov vilayətinin Dvureçnaya qəsəbəsi üzərində nəzarəti təmin ediblər.

Belousov diviziyanın şəxsi heyətini yaşayış məntəqəsinin ələ keçirilməsi və döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi münasibətilə təbrik edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
69
39
herbiand.az

10Sources