İslamofobiyanın gündən-günə artdığı Avropada yeni qalmaqallar yaşanmaqda davam edir. Fransanın Çerburq şəhərində Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) aid məscidin qapısına donuz başı çəkilib.
Publika.az xəbər verir ki, Fransa DİTİB İdarə Heyətindən verilən yazılı açıqlamada Çerburqda məscidin qapısına donuz başı çəkildiyi bildirilib.
Bəyanatda deyilir:
“Sülh mənbəyi olan məscidimizi hədəf alan bu qəbuledilməz hərəkəti şiddətlə qınayırıq. Bütün cəmiyyətimizə tezliklə şəfa diləyir, hörmət və insanlıq dəyərlərini müdafiə etmək əzmimizi bir daha vurğulayırıq”.