EN

''Qalatasaray''ın sabiq futbolçusu 33 yaşında karyerasını bitirdi

Bir dönəm ''Qalatasaray''da da forma geymiş Omar Elabdellaui karyerası ilə bağlı mühüm qərar qəbul edib.

''Football-plus.az'' xəbər verir ki, tanınmış norveçli futbolçu karyerasını bitirmək qərarına gəlib. Ötən ilin dekabrın 5-də onun 33 yaşı tamam olmuşdu. Elabdellaui vida paylaşımında bunları qeyd edib:

''Artıq bu gözəl oyundan, mənə arzu edə biləcəklərimdən də artığını verən oyundan uzaqlaşmağın zamanı gəldi. Mənimlə birlikdə bu inanılmaz və uzun yolun bir parçası olan hər kəsə qəlbimin dərinliklərindən təşəkkür etmək istəyirəm. Hər şeyə görə təşəkkürlər''.

Qeyd edək ki, karyerasına ''Stromqodset''də start verən futbolçu daha sonra ''Feyenoord'', Braunşveyq ''Ayntraxt''ı və ''Olimpiakos''da çıxış etmişdi. Yunanıstan nəhəngində 6 mövsüm keçirdikdən sonra o, 2020-ci ildə Fatih Terimin ''Qalatasaray''ına gəldi. Onun Türkiyə karyerası heç də pis başlamamışdı. Amma 2020-ci ilin dekabrın 31-də Elabdellauinin nəinki karyerasına, hətta həyatına ciddi şəkildə təsir edən bir bədbəxt hadisə yaşandı. O, yeni ili ailəsi ilə birlikdə qeyd edərkən əlində tutduğu fişəng düz gözünə tuş gələrək partladı. Nəticədə gözünü itirmək təhlükəsi ilə üzləşən və bir neçə ağır əməliyyat keçirməli olan futbolçu yaşıl meydanlara bir də 14 aydan sonra qayıtdı. Bu hadisədən sonra əvvəlki oyununu itirən norveçli 2022-nin yayında ''Qalatasaray''dan ayrıldı.

Norveç yığmasında 50-dan çox oyuna çıxan Omar son 2 ili ''Molde''də keçirmişdi.

ƏLİ
Chosen
11
33
football-plus.az

10Sources