Mərkəz müdafiəçisi Mario Hermoso İtaliyanın "Roma" klubundan Almaniyanın "Bayer" klubuna keçəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
"Bayer"in 29 yaşlı ispaniyalını mövsümün sonuna qədər icarəyə götürdüyü və onun maaşını tam ödəyəcəyi bildirilir.
Hermoso yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Hermoso ötən yay "Roma"ya keçib və 2027-ci ilə qədər müqavilə imzalayıb.
Bu müddət ərzində bütün yarışlarda 13 matçda meydana çıxıb və 1 qol vurub.