EN

Ayxan Hacızadə XİN adından yayılan məlumatların saxta olduğunu bildirdi

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, Ayxan Hacızadə həmin məlumatın saxta olduğunu bildirib.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.

Eyni zamanda, guya, Azərbaycanın yalan məlumatlara görə Rusiyadan üzr istədiyi də vurğulanıb.


Müəllif: Teleqraf.com
Chosen
11
3
teleqraf.com

6Sources