EN

Yeni süni intellekt proqramı səs-küyə səbəb olur

ESET-in Qabaqcıl Təhlükələrin Aşkarlanması və Süni İntellekt Tədqiqatının Baş Meneceri Philippe Mazan DeepSeek tətbiqinin sürətlə artan populyarlığı ilə bağlı məxfilik risklərinə dair xəbərdarlıq edib.

"DeepSeek-in yeni süni intellekt modeli, minlərlə istifadəçinin marağını çəkərək qlobal tətbiq mağazalarında məşhurlaşıb. Lakin bu innovativ alətlərdən istifadə zamanı diqqətli olmaq vacibdir," - deyə Mazan bildirib.

Onun sözlərinə görə, DeepSeek-in məxfilik siyasəti məlumatların, o cümlədən söhbət tarixçələrinin Çindəki serverlərdə saxlanmasını nəzərdə tutur. O, istifadəçilərə şəxsi və həssas məlumatları yükləməkdən çəkinməyi tövsiyə edir, xüsusən də sağlamlıq və ya siyasi məsələlər kimi mövzularda. Çində məlumatların saxlanması razılıq olmadan istifadəyə dair narahatlıqları artırır.

 

R.İmanov

Chosen
27
qht.az

1Sources