EN

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

Bakı. Trend:

28 yanvar 2025-ci il tarixində Rusiya Federasiyasının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri MixailYevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.

Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmidairələri tərəfindən dezinformasiya xarakterli və ölkəmizi hədəfalan yazıların dərc olunması və reportajların yayımlanmasınınanlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və RusiyaFederasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqındaBəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildəqəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlumolduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza iləbağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyanedildiyi xatırlanıb.

Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bununrəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisindəfəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyintələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.

Chosen
7
49
az.trend.az

10Sources