EN

Rusiaya ordusunun bölmələri Odessanı və Odessa vilayətini pilotsuz təyyarələr və raketlə vurdular

Bu gün səhər saatlarında Rusiaya ordusu Odessaya və Odessa vilayətinə pilotsuz təyyarələr və raketlə hücum ediblər.

4 nəfər yaralanıb, yaşayış binaları və taxıl anbarı zədələnib. Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən gərgin döyüş işləri davam etdirilib və nəticədə düşmən raketi məhv edilib. Eyni zamanda, vurulan PUA-ların dağıntıları dörd çoxmərtəbəli yaşayış binasının və beş bağ evinin pəncərələrini zədələyib.

Rəsmi şəxsin bildirdiyinə görə, Odessanın yaşayış həyətlərindən birində 10 minik avtomobili yanıb və xilasedicilər tez bir zamanda yanğını söndürüblər. Bundan əlavə, Kiperin sözlərinə görə, taxıl anbarına ziyan dəyib. “Pilotsuz təyyarənin hücumu nəticəsində 4 nəfər xəsarət alıb: 91 yaşlı kişi xəstəxanaya yerləşdirilib, digər zərərçəkənlərə isə yerindəcə kömək göstərilib”, – vilayət dövlət administrasiyasının rəhbəri bildirib. O əlavə edib ki, bütün müvafiq xidmətlər düşmənin hücumunun nəticələrinin aradan qaldırılması üçün çalışır.

//Samir Qurbanov, Editor.az

Chosen
40
6
editor.az

8Sources