“Əgər sponsorların pulu və patronu qurtarsa Ukraynada hər şey 2 aydan sonra bitəcək”.
AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin TV-yə müsahibəsində bildirib.
Putinin sözlərinə görə, hazırda Zelenski qeyri-legitim liderdir.
“İstənilən şəxslə danışıqlar aparmaq olar. Amma Zelenski özünün qeyri-legitimliyi ilə heç bir sənədi imzalaya bilməz”-deyə president vurğulayıb.
“O Rusiya ilə danışıqlara qoyduğu qadağanı ləğv edə bilməz. Amma müəyyən üsullarla bunun yolunu tapmaq olar”.
Putin bildirib ki, Rusiya hərbi əməliyyatın olmaması üçün 2022-ci ildə Kiyevə “DNR” və “LNR”dən çıxmağı təklif edib.