EN

"Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın"

"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib.

Paralel.az xəbər verir ki, "AStar" layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun "Bayatı-Şiraz" mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib.

O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.

"Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın" - deyə Murad Rzayev qeyd edib.

Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb. (baku.ws)

Chosen
11
6
paralel.az

7Sources