EN

Rusiyanı arxadan vurduq, bədəli ağır olacaq - Manukyan

Ermənistanın bu gün Avropa İtitfaqına üzvlük istiqamətində yürütdüyü siyasət Rusiyaya arxadan zərbədir və bunun bədəli ağır olacaq.

Ölkə.Az xəbər verir ki, bunu Erməni Milli Konqresinin sədr müavini Aram Manukyan deyib.

Onun fikrincə, çətin vəziyyətdə olan bir tərəfdaşı arxadan bıçaqlamaq pis qəbul edilir.

Aİ-yə üzvlük məsləsinə gəldikdə isə Manukyan deyib ki, orada bizim yolumuzu gözləmirlər:

"Aİ nəinki səni qəbul edə bilmir, hətta bunu istəmir. Çünki bu gün Aİ elə bir vəziyyətdədir ki, artıq genişlənmə proqramı olmadığı üçün bu gün qapılarını bağlayırlar. Onlar artıq Yunanıstan, Kipr və digər Avropa ölkələrinin problemlərinin öhdəsindən gələ bilmirlər, problemlərini həll edə bilmirlər. Onlar açıq şəkildə deyirlər ki, bu gün Aİ-yə gedən yollar bağlıdır", o vurğulayıb. 

Manukyan əlavə edib ki, Aİ-Rusiya qarşıdurması heç bir ölkəyə Avropa Birliyinə üzv olmaq şansı vermir: "Yəni bu istəkləri reallıq kimi təqdim etmək olar, bu dəlilikdir. Bunu heç məktəbəqədər və ya məktəb yaşında olan uşaq indiki vaxtda belə addımlar atmaz. Aİ-yə süni şəkildə meyil edən ölkələrin hamısı çox pis vəziyyətdədir. Ukrayna, Moldova, Gürcüstanın vəziyyəti göz qarşısındadır.

Ermənistan hakimiyyəti bütün bu arqumentləri nəzərə almır və avantüralara gedir. 

Bir daha qeyd edirəm ki, Aİ-də olanlar bu axmaqlara yüz dəfə başa salıblar ki, onları gözləmirlər, qəbul edə bilməzlər. İkincisi, izah edirlər, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı tamamilə fərqli təşkilatlardır. Aİ-yə üzv olmaq istəyirsənsə, oradan imtina etməlisən. Əgər cəsarətin varsa, rədd et, ora getdiyini söylə.

Amma bunun bədəlinin necə baha olacağını təsəvvür etmək mümkün deyil. Bizə baha başa gələcək".

Mürtəza
Ölkə.Az

Chosen
24
2
olke.az

3Sources