EN

“Traktor” klubunun baş direktoru: “Bu klubdan FİFA-ya şikayət edəcəyik” 

Ulusal.az xəbər verir ki, Güney Azərbaycanın milli futbol komandası “Traktor”un baş direktoru Səid Müzəffərizadə “Perspolis” azarkeşlərinin irqçi və etnik şüarlar səsləndirməsi məsələsini FİFA-da davam etdirəcəyini açıqlayıb.
“Şikayətin Futbol Federasiyası vasitəsilə araşdırılması üçün bütün lazımi hüquqi addımları atdıq və bununla bağlı təcili və əsaslı tədbir görülməzsə, tam qətiyyətlə FİFA vasitəsilə məsələni araşdıracağıq”, – deyə, Səid Müzəffərizadə qeyd edib.

Chosen
33
26
moderator.az

10Sources