ABŞ-nin Kanzas ştatında vərəm epidemiyası qeydə alınıb və artıq 2 nəfər ölüb. Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəstəliyin ilk halları bir il əvvəl qeydə alınıb, o vaxtdan bəri 67 nəfər müalicə olunub, 79 gizli xəstəliyin daşıyıcısı müəyyən edilib. “Virusun yayılması ilə bağlı hallar ilk dəfə 2024-cü ilin yanvarında qeydə alınıb. Ötən il isə iki vərəm qurbanı qeydə alınıb” - Kanzas Səhiyyə və Ətraf Mühit Departamentinin sözçüsü Jilla Bronaugh deyib. Hazırda təsdiqlənmiş 67 xəstəliyə yoluxma halı var və xəstəliyin tezliklə sürətlə yayılacağı gözlənilir. Vərəmin yayılmasının səbəbləri açıqlanmır.