EN

İstefaya görə 500 min avro alacaq

Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefaya göndərildiyi üçün 500 min avro məbləğində təzminat alacaq.

İdman.biz xəbər verir ki, bu məlumatı "VseProSport" Qazaxıstan Futbol Federasiyasına (KFF) yaxın mənbəyə istinadən yayıb.

61 yaşlı rusiyalı mütəxəssisin KFF-nin təklif etdiyi məbləğdən razı qaldığı, lakin hələ tərəflərin sənədləri imzalamadığı bildirilir.

Qeyd edək ki, Çerçesov 2024-cü ilin yayından Qazaxıstan millisini çalışdırırdı. Onun rəhbərliyi altında 6 oyunda 5 məğlubiyyət və 1 heç-heçə edən komanda bir qol belə vurmayaraq öz qapısından 15 top buraxıb.

İdman.biz

Chosen
14
2
idman.biz

3Sources