EN

TDT-nin növbəti Zirvə Görüşü Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.

O, Macarıstanda da təşkilatın qeyri-rəsmi iclasının keçirələcəyini qeyd edib.

Hakan Fidan həmçinin, Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin üçüncü iclasının da Azərbaycanda keçiriləcəyini əlavə edib.

Chosen
20
7
azpost.info

10Sources