EN

Tramp bu şəxslər üçün Maskdan kömək istədi: "Onları geri gətir"

ABŞ prezidenti Donald Tramp NASA astronavtlarının kosmosda qalması səbəbindən İlon Maskdan kömək istəyib.

Publika.az xəbər verir ki, Tramp amerikalı milyarder Maskı NASA-nın “Boeing” gəmisinin nasazlığı səbəbindən təxminən 8 aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı vəziyyətdə qalan astronavtların Yerə qayıtması üçün işlərin görülməsini istəyib.

O, məsələ ilə bağlı sosial media hesabında paylaşım edib:

“Astronavtlar aylardır gözləyirlər. İlon Mask və “SpaceX”dən Bayden dövründə faktiki olaraq kosmosda tərk edilmiş iki cəsur astronavtı gətirməyini istədim”.

Chosen
47
2
publika.az

6Sources