EN

Madonna transgenderlərlə bağlı qərarları pislədi

Məşhur müğənni Madonna ABŞ Prezidenti Donald Trampın transgenderlərlə bağlı qərarlarını pisləyib.

Yenisabah.az  xəbər verir ki, o, sosial şəbəkədə bunları yazıb:

"Yeni hökumətin qazandığımız azadlığı məhv etməsini izləmək kədərlidir. Təslim olmayın!"

Madonna paylaşımına parçalanmış ürək və LGBT bayrağı emojiləri əlavə edib.

Qeyd edək ki, Tramp transgenderlərin hərbi xidmətdən uzaqlaşdırılması və kişi həbsxanalarında saxlanılması ilə bağlı qərarlar qəbul edib.


Telegram kanalımız
Chosen
25
yenisabah.az

1Sources