EN

Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı aqibəti barədə danışıb

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda Avrasiya İqtisadi İttifaqının üzv-dövlətlərinin hökumət başçıları, bu həftə keçiriləcək Aİİ hökumətlərarası şurasının iclasında Ermənistanın ittifaqdan mümkün çıxışı məsələsini qaldırmayacaq.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

“Bizdə gündəm artıq təsdiqlənib və Avrasiya komissiyasının şurasında razılaşdırılıb, bu kimi məsələlər burada qaldırılmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Avrasiya hökumətlərarası şurasının növbəti iclası 30-31 yanvar tarixlərində Almatıda keçiriləcək. Toplantıda birlik ölkələrinin makroiqtisadi göstəricilərinin nəzərdən keçirilməsi, Aİİ dövlətlərinin fond bazarlarında brokerlərin qarşılıqlı iştirakı ilə bağlı sazişin imzalanması nəzərdə tutulub.

Chosen
10
3
ikisahil.az

4Sources