Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva yanvarın 29-da AzərbaycanRespublikasında keçirilmiş bələdiyyə seçkilərində aparılmışmüşahidələr barədə mediaya açıqlama verib.
Trend xəbər verir ki,Ombudsman seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmışseçki məntəqələrində aparıldığını, təşkil olunmuş məntəqələrdəvətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçünqanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığınınmüşahidə olunduğunu bildirib.
Müvəkkil açıqlamada əvvəlki illərdəki müsbət təcrübə nəzərəalınaraq, Ombudsman təsisatının və Naxçıvan Muxtar RespublikasınınOmbudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı tərəfindənbələdiyyə seçkilərində müşahidəçi qismində respublika üzrə 101seçki dairəsinin 708 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər37 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq,özlərinin təşəbbüsləri ilə müşahidələr aparıldığını deyib.
Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və TədrisMərkəzində və 16 penitensiar müəssisədə təşkil olunmuş seçkiməntəqələrində də aparılıb.
Eyni zamanda, müşahidələr zamanı Ombudsmanın məntəqə seçkikomissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitəgörüşdüyü, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrəndiyiqeyd edilib. Hüquq pozuntusu halları və hər hansı bir dövlətqurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri vəpolis əməkdaşları tərəfindən müdaxilənin müşahidə olunmadığı dadiqqətə çatdırılıb.
Açıqlamada seçki günü seçki hüquqlarının pozulması ilə bağlıOmbudsmanın ünvanına hər hansı bir şikayət və müraciətin daxilolmadığı, müşahidələrin nəticəsi olaraq, bələdiyyə seçkilərininəhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf,ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyənedilmiş qaydada, nizam-intizamla keçirildiyi bildirilib.
Seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə dəməlumat verən Müvəkkil seçkilərin təyin olunması haqqında qərarınrəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatınınaparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdəmüşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini,seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinindəyərləndirildiyini qeyd edib.
Açıqlamanın yekununda bələdiyyə seçkilərində vətəndaşların təməlhüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təminedildiyini vurğulayıb.