Vaşinqtonun Reyqan hava limanında hərbi vertolyotun mülki təyyarə ilə toqquşması insanların ölümünə səbəb olub. Senator Ted Kruz hadisə ilə bağlı sosial şəbəkədə məlumat verib.
O, bildirib ki, qurbanların sayı hələ məlum deyil, lakin ölənlər var.
***
ABŞ-da hərbi helikopter mülki təyyarə ilə toqquşub.
News24.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Leavitt Fox News telekanalına bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp artıq insidentlə bağlı məlumatlandırılıb.
O, hadisənin təfərrüatlarını açıqlamayıb.
Hava limanının X sosial şəbəkəsindəki səhifəsində hava limanının fəaliyyətinin dayandırıldığı bildirilir. Təyyarələr nə göndərilir, nə də qəbul edilir. Təyyarə ilə bağlı fövqəladə vəziyyətlə əlaqədar təcili yardım xidmətləri cəlb edilib.
Ağa Dadaşzadə