Bel nahiyəsində olan döymələr həkimlərin xəstəyə epidural anesteziya (bədənin müəyyən bir bölgəsində ağrıları bloklayan regional anesteziya) verməkdən imtina etməsinə səbəb ola bilər.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dmitri Şarapov deyib.
“Steril boya olsa da, ponksiyon zamanı həkimin epidural və ya onurğa boşluğuna daxil edə biləcəyi elementlər ola bilər. Bu, iltihablı prosesə səbəb ola bilər”, – Şarapov izah edib.
Həkim əlavə edib ki, istənilən yerə döymələr ümumi anesteziya üçün əks göstəriş deyil.