EN

Alparslan Bayraktar Mikayıl Cabbarovla görüşdü

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Alparslan Bayraktar rəsmi ''X'' internet səhifəsində paylaşım edib. 

"Dost və qardaş ölkəmiz Azərbaycanla enerji sahəsində əlaqələrimizi intensiv şəkildə davam etdiririk. Cənab Mikayıl Cabbarovla təbii qaz başda olmaqla enerji sahəsində davam edən əməkdaşlığımızı qiymətləndirdik. İnkişaf etdirə biləcəyimiz yeni layihələr ətrafında fikir mübadiləsi apardıq'',-deyə Alparslan Bayraktar paylaşımında qeyd edib.

 



Chosen
26
trt.net.tr

1Sources