EN

İranda gündəlik tələbat malları və tərəvəzin qiyməti artıb

GünazTV xəbər verir ki, bu barədə İran Statistika Mərkəzinin açıqlamasında bildirilib.

Məlumata əsasən, süd məhsulları, düyü, yağ, kartof və başqa ərzaq məhsullarının qiymət artımında domino effekti müşahidə olunur.

Bildirilib ki, süd və süd məhsullarının qiyməti ötən ilin payızından sonra 20-30 faizədək qalxıb. Tərəvəzin qiyməti 15-20 faiz, yumurtanın qiyməti 80%, paxlalıların qiymətində isə son iki ayda 12,5 faiz artım müşahidə olunub.

İranın kənd təsərrüfatı nazirinin müavini bildirib ki, İran yerli qiymətləri sabitləşdirmək üçün çıxış yolunu 50 min ton kartof idxal etməkdə görür. İdxal edilən məhsulun hər kiloqramı təxminən 30 ABŞ senti səviyyəsində qiymətləndiriləcək ki, bu da cari bazar qiymətlərinin yarısından azdır. Bu addım gəliri 150 dollar civarında olan orta əmək haqqı alan iran vətəndaşının maliyyə yükünü yüngülləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, əhəmiyyətli mallar üzrə real inflyasiyanın 50-60%-dən yuxarı olması ehtimal edilir ki, bu da iran rejiminin təqdim etdiyi rəsmi göstəricilərdən yüksəkdir.

visiontv.az



Chosen
18
3
visiontv.az

6Sources