1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Vaşinqton səmasında qəzaya uğrayan təyyarənin göyərtəsində 14 nəfər fiqurlu konkisürən olub.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti"yə ABŞ-li fiqurlu konkisürən Con Maravilla məlumat verib.
"Ad çəkmək istəmirəm, amma təyyarədə valideynlərini də nəzərə almasaq, təxminən 14 konkisürən və bir neçə məşqçi olub", - deyə C.Maravilla qeyd edib.
Agentliyin əldə etdiyi digər məlumata görə, qəzaya uğrayan sərnişin təyyarəsində 1994-cü ildə fiqurlu konkisürmə üzrə dünya çempionları Evgeniya Şişkova və Vadim Naumov da olublar.
![](https://images.oxu.az/2025/01/30/5uxeVAWU7H7Srq96f4zs3uhSiYUdziR441nO83ct:450.png)
![](https://images.oxu.az/2025/01/30/ECLCIlPcqTyW9AdiIROfl22Z4LmEQcRi4ICJFUbd:450.jpg)
![](https://images.oxu.az/2025/01/30/CSAUuOy2VwypEAk8D5NwzPaKcbJwYBcLvGQDg8hU:450.jpg)
![](https://images.oxu.az/2025/01/30/AN920vc934GvQOnepZIZPPIbaaLnpnnH9w23hCz9:450.jpg)