Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov keçmiş ABŞ senatoru, erməni lobbiçisi Robert Menendesin korrpusiya cinayəti ilə əlaqədar Nyu-York məhkəməsinin ona 11 il həbs cəzası verməsindən bəhs edib.
Markov "Teleqram" kanalında Menendesi "Rusiyaya qarşı sanksiyaların əsas təşkilatçısı" və "Ermənistan lobbiçisi" adlandırıb, onun mühakimə edilməsinin Türkiyə ilə Azərbaycanda, qismən də Rusiyada sevinc doğurduğunu, Ermənistanı isə yasa batırdığını yazıb.
Siyasətçi Menendesin həmin cəza müddətini axıra qədər çəkəcəyinə şübhə elədiyini bildirib, diasporanın cəzanı yüngülləşdirmək üçün "hiyləgər yollara" əl atacağını proqnozlaşdırıb.
Hürr Tərcüman