EN

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması sabitlik üçün əsas elementdir

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə iş Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əsas məsələlərdən biridir.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

"Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Onun tənzimlənməsi prosesi davam edir ki, bunun da mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə işdir", - o qeyd edib.

Chosen
16
2
report.az

3Sources