Shell 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin bu dövrdəki mənfəəti 3,66 milyard dollar təşkil edib. Bu mənfəət 2023-cü ilin eyni dövründəki 7,3 milyard dollar mənfəətdən təxminən 50 faiz azdır.
Shell-in mənfəəti bu dövrdə aşağı qiymətlər, daha yüksək kəşfiyyat fəaliyyəti xərcləri və s. səbəblərdən azalıb.
Şirkətin 2024-cü ildə mənfəəti illik müqayisədə 16 faiz azalaraq 23,7 milyard dollara düşüb. Proqnoz Shell-in illik mənfəətinin 24,7 milyard dollar olacağı idi.
Shell-in Baş direktoru Wael Sawan, Şirkətdə davam edən sadələşdirmə ilə 2022-ci ildən bəri 3 milyard dollardan çox xərc azalmasına nail olduqlarını bildirib.