Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.
İctimai Rəy xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya salıb.
Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.
![](https://qafqazinfo.az/uploads/1738130765/prez.jpg)
![](https://qafqazinfo.az/uploads/1738130765/17381304154153420433_1200x630.jpg)
![](https://qafqazinfo.az/uploads/1738130765/1738130415555716947_1200x630.jpg)
![](https://qafqazinfo.az/uploads/1738130765/17381304156177824043_1200x630.jpg)
![](https://qafqazinfo.az/uploads/1738130824/17381304152841017978_1200x630.jpg)