EN

"Mingəçevir"in üç futbolçusu futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi "Mingəçevir"in 3 futbolçusuna ağır cəza verib.

AFFA İntizam Komitəsi I Liqa klubu “Mingəçevir”in 3 futbolçusunu cəzalandırıb.

"Operativ Media" xəbər verir ki, Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərlinin danışılmış oyunlarda iştirakı sübuta yetirilib.

Bu səbəbdən hər üç futbolçu ömürlük futboldan uzaqlaşdırılıb.

Chosen
23
9
operativmedia.az

8Sources