EN

ABŞ yumurta çatışmazlığı ilə üzləşib

Bakı. Trend:

Quş qripi epidemiyası ilə əlaqədar 2025-ci ildə AmerikaBirləşmiş Ştatlarında yumurtanın qiyməti kəskin şəkildə bahalaşabilər.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, mövcud sözügedən virus ölkəninbir çox quşçuluq fermalarına ağır zərbə vurub.

Məlumata görə, defisit təhlükəsi ilə əlaqədar artıq bir sıramarketlər şəbəkəsində yumurtaların satışına məhdudiyyətlər qoyulub.Məsələn, marketdən hər ailə yalnız iki bağlama yumurta ala bilər.Las-Veqas sakinləri ümumiyyətlə mağazaların piştaxtalarında yumurtatapa bilmədiklərini bildirirlər.

Qeyd edilir ki, ümumiyyətlə 2024-cü ilin sonunda yumurta əvvəlkitəqvim ilə müqayisədə 60%, 2019-cu illə müqayisədə isə 160%bahalaşıb və hazırda 12 ədədi 4,15 ABŞ dollarına satılır.

ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyi 2025-ci ildə yumurtaqiymətinin daha 20% bahalaşacağını proqnozlaşdırıb.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources