Baş serjant Saleh və onunla birlikdə Mərdəkanda patrul xidmətində olan iş yoldaşı gecə saatlarında acırlar. Birdən burunlarına kabab iyini dəyir. Düşünürlər ki, kabab çəkilən həyətə getsinlər, yəqin ki, həyətdə qonaqlıq var. Onlar da məclisə dəvət olunarlar və beləcə kababdan dadarlar.
Kabab iyi gələn həyəti tapırlar. Darvazanı döysələr də qapını açan olmur. Onlar diqqətlə qulaq asdıqda görürlər ki, həyətdən adam səsi gəlmir. Amma qatı kabab qoxusu cə ocaq səsi gəlir. Tez divarın üstünə qalxıb həyətə baxırlar. Görürlər ki, tonqalda nəsə yanır, amma tonqalın ətrafında və həyətdə heç kəs yoxdur. Tonqala yaxınlaşanda görürlər ki, tonqalda yanan insan meyitidir. O, tamamilə yanıb, yalnız bir ayağının ayaqqabıda olan hissəsi salamat qalıb.
İlkin araşdırmada bəlli olur ki, yandırılan şəxs məşhur bəstəkar Tamillə Məmmədzadənin gənc oğlu, 18 yaşlı Çingiz Məmmədzadədir. Bəs onu kim və niyə yandırıb?
Daha ətraflı videoda: