EN

Azərbaycanda gənc sahibkarların növbəti forumu keçiriləcək

Gələn həftə Azərbaycanda gənc sahibkarların növbəti forumu keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Fondun 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Qədir Xəlilov əlavə edib ki, bu məsələlərdə maraqlı olan tərəfləri, həmçinin Milli Məclisin deputatlarını forumda iştiraka dəvət edir.

Xatırladaq ki, 2023-cü il noyabrın 17-də Azərbaycanda Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "Bakı KOB evi"ndə Gənc Sahibkarların IV Forumu keçirilib.

Chosen
27
2
day.az

6Sources