EN

Məşhur dairədəki təmir işləri davam edir - Hansı yeniliklər olacaq? 

Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işləri davam edir.


Dairədə aparılan təmir işləri ilə əlaqədar olaraq ərazidə günün müəyyən saatlarında ciddi tıxac müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə vətəndaşların yaranan tıxaclardan ciddi narazılığı müşahidə olunur.


Ukrayna dairəsində davam edən təmir işlərinin gedişatı hazırda nə yerdədir? Prosesin nə vaxt yekunlaşması gözlənilir?


Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Tural Orucov Referans.az-a məlumat verib.




“ "Ukrayna dairəsi”ndə icra edilən layihə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yoludur. Ərazidə nəqliyyat axınlarının kanallaşdırılması məqsədilə adacıqlar inşa edilib. Nəticədə bir çox axınların dairəyə daxil olmadan sağa hərəkət etməsi təmin edilib. Bu da öz növbəsində dairənin yükünü azaldır. Adacıqlar vasitəsilə, həm də təhlükəsiz şəkildə bütün istiqamətlərdə piyada keçidlərinin təşkilinə nail olunub.

AYNA tərəfindən icra edilən bütün layihələrdə olduğu kimi, bu dairədə də davamlı monitorinqlər aparılır. Ərazidə sıxlıq əvvəlki dövrlə müqayisədə artmayıb. Paralel olaraq, ciddi şəkildə təhlükəsizliyin artması müşahidə edilir. Belə ki, “Ukrayna dairəsi”ndə münaqişəli nöqtələrin sayı 170-dən 23-ə endirilib”.

 

Fidan Vəlisoy 

Chosen
18
referans.az

1Sources