EN

İranda xəstəxanalarında tibb bacısı çatışmazlığı böhran həddinə çatıb

Tibb bacısı çatışmazlığı səbəbindən xəstələr əziyyət çəkir. İnsanların xidmətə ehtiyacı var, obyektlər və infrastruktur təmin olunub, ancaq tibb işçisi qüvvəsi təminatda problem var.

Bunu İran Tibb İşçiləri Sisteminin başçısı Əhməd Necatian deyib.

Necatianın sözlərinə görə, dünyada orta hesabla 1000 nəfərə 3 tibb bacısı düşür, statistikanın göstərdiyinə görə isə, İran həm tibb bacılarının cəlb edilməsində, həm də onların işdə saxlanmasında ciddi çatışmazlıq böhranı ilə üzləşir.

Bundan əvvəl isə İran Tibb Bacıları Birliyinin katibi Məhəmməd Şərifi Müqəddəm deyib ki, hər 1000 nəfərə ən azı 3 tibb bacısı düşməli olduğu halda, İranda bu rəqəm 1,6-dır.

O, bununla yanaşı hər il təxminən 3 min tibb bacısının ölkəni tərk edərək daha yüksək əmək haqqı verilən ölkələrə mühacirət etdiyini deyib.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Zəncanda daxil olmaqla İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

visiontv.az



Chosen
15
visiontv.az

1Sources