EN

Gürcüstan Ermənistana dəstək çıxdı

Gürcüstan hökuməti Ermənistanla Avropa İttifaqı və ABŞ arasında əlaqələrin möhkəmlənməsini alqışlayır.

 

Oxu24.com  xÉ™bÉ™r verir ki, bunu Gürcüstanın xarici iÅŸlÉ™r naziri Maka BoçoriÅŸvili Ä°rÉ™vanda ermÉ™ni hÉ™mkarı Ararat Mirzoyanla birgÉ™ mÉ™tbuat konfransında bildirib.

 

Boçorişvilinin fikrincə, İrəvanın Qərb ölkələri ilə münasibətlərinin gücləndirilməsi bütövlükdə Cənubi Qafqaza müsbət təsir göstərəcək. Diplomat əlavə edib ki, Gürcüstan Ermənistanın tərəfdaşları ilə münasibətlərinin bu istiqamətdə inkişaf etməsindən məmnundur.

 

Yanvarın 24-də Ermənistan parlamentinin müvafiq komitəsi ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Ermənistana delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddə vəziyyətə nəzarəti davam etdirən Avropa İttifaqının mülki missiyasına ehtiyac var.

 

 

Nigar

 

Chosen
9
oxu24.com

1Sources