EN

“Tədbir Nazirlik əməkdaşlarının yüksək intellektə malik olduqlarını nümayiş etdirdi” - Elşad Məmmədov / FOTOLAR

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 106 illiyi münasibətilə Nazirliyin əməkdaşları arasında “Breyn Rinq” intellektual yarışı keçirilib. Yarışda Nazirlik və ona bağlı qurumları təmsil edən 78 əməkdaş iştirak edib”.

QHT.az xəbər verir ki, bu sözləri İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, yarışda 13 komanda intellektual bacarıqlarını nümayiş etdirib. Elşad Məmmədov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib:

“Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Dövlət Sosial Müdafiə Fondunun komandası olub. İnformasiya bazası baxımından zəngin olan bu tədbir Nazirlik əməkdaşlarının yüksək intellektə malik olduqlarını nümayiş etdirdi.”

 

Pərvanə Fərhadqızı

Chosen
12
qht.az

1Sources