EN

Alimlər asteroiddən qaytarılan nümunələrdə "həyatın tikinti blokları" aşkar ediblər

Asteroiddən nümunələr olan konteyner 2023-cü ildə Yuta səhrasına çatdırılıb.

QHT.az xəbər verir ki, NASA alimləri Bennu asteroidindən gətirilən nümunələrdə həyat üçün vacib elementlər və qədim su dünyasının izlərini aşkar ediblər. Osiris-Rex kosmik gəmisi Bennudan 122 qram toz və çınqıl Yerə gətirib. Tədqiqatlar göstərir ki, asteroid natriumla zəngin minerallar, amin turşuları, azot və hətta genetik kodun hissələrini ehtiva edir.

Bennu, su izləri saxlayan daha böyük bir asteroidin parçalanmış hissəsi ola bilər. Alimlər bu tapıntının Yer kürəsində həyatın asteroid toqquşmasından sonra yaranma ehtimalını gücləndirdiyini bildirirlər. Araşdırmalar davam edir.

 

R.İmanov

Chosen
26
qht.az

1Sources