EN

Gürcüstan AŞPA-sız heç nə itirməyəcək – Kobaxidze

“AŞPA-nın işində iştirak etməməklə Gürcüstan heç nə itirməyəcək”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, AŞPA ildən-ildə aktuallığını və funksiyalarını itirir.

“Təəssüflər olsun ki, bu gün AŞPA Avropa Parlamentindən qat-qat zəif struktura çevrilib. Onlar bunu öz əlləri ilə ediblər və ötəngünkü qərar bunun davamıdır”, - baş nazir söyləyib.

Hökumət başçısı Gürcüstanın Avropa Şurasının üzvü olaraq qalacağını bildirib və əlavə edib ki, təşkilatla müxtəlif formatlarda əməkdaşlıq davam etdiriləcək.

Xatırladaq ki, ötən gün AŞPA-da Gürcüstanla bağlı qətnamə qəbul olunub. Sənəddə yer alan şərtlər Gürcüstan hökuməti üçün qəbuledilməz hesab edildiyindən ölkənin nümayəndə heyəti qurumdakı fəaliyyətini dayandırıb.


Müəllif: Cəmilə Babayeva
Chosen
31
22
teleqraf.com

10Sources