EN

Birinci Liqa: “Qəbələ” ilə “Karvan” 2025-ci ilə 1 xalla başladılar

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən ilk turun ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Qəbələ” ilə “Baku Sporting”in görüşündə qapılara qol vurulmayıb. Altı qolun qeydə alındığı “Karvan” – “Difai” oyununda da qalib müəyyənləşməyib. Yeddi qolun vurulduğu MOİK – “İmişli” matçı isə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Birinci Liqa
12-ci tur
30 yanvar

MOİK – “İmişli” 4:3
Qollar: Vüsal Əsgərov, 55. İbrahim Əliyev, 78; 90+5-pen. Sabir Allahquliyev, 90+7 – Mehdi Tahirov, 15. Elmir Rəhimzadə, 58. Seyxan Fərəcov, 67-pen.
Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Anar Bədəlov, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 13:00.

“Karvan” – “Difai” 3:3
Qollar: Emil Qasımov, 5; 26; 90 – Kristian Kamta, 3; 45-pen. Muhammed Alfa, 12.
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 14:00.

“Qəbələ” – “Baku Sporting” 0:0
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 15:00.

31 yanvar

“Qaradağ Lökbatan”– “Cəbrayıl”
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Zakir Şükürzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Zaqatala” – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Chosen
29
3
arena.az

4Sources