EN

Paşinyan: “Azərbaycandan Aİ-yə “yaşıl” enerji tədarükünü asanlaşdırmağa hazırıq”

“Ermənistan Azərbaycandan Avropa İttifaqına (Aİ) “yaşıl” enerji tədarükünü asanlaşdırmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edilib ki, Ermənistan Azərbaycandan Aİ ölkələrinə “yaşıl” enerjinin tədarükünü nəzərdə tutan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi (Black Sea Energy) layihəsinə qoşulmağa hazırdır.

Ermənistanın baş naziri regional və regiondankənar layihələrdə inklüzivliyin vacibliyini də qeyd edib.

Bizim.Media

Chosen
17
bizim.media

1Sources