EN

Naxçıvana ayrılan dotasiya illər üzrə kəskin azalır

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında son iki il ərzində aparılaniqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşımübarizə nəticəsində büdcə daxilolmaları yerli mənbələr hesabınatəmin edilib.

Bu barədə Trend-ə NaxçıvanMuxtar Respublikası Maliyyə Nazirliyindən məlumat verilib.

2022-ci il baza ili götürülərək aparılan təhlillərə əsasənNaxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən əldə etdiyimizrəqəmlərə görə, Azərbaycan Respublikasının dövlət büdcəsindənmuxtar respublikaya ayrılan dotasiya mərhələli şəkildə azaldılıb.2023-cü ildə baza ilinə nisbətən 110 milyon AZN, 2024-cü ildə isə239 milyon 850 min AZN azalma qeydə alınıb. Bununla da, cəmi iki ilərzində Naxçıvana ayrılan dotasiya 349 milyon 850 min AZN azalıbki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədəyüngülləşdirib.

Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ciildə yerli gəlirlər büdcənin 31.78%-ni təşkil edirdisə, 2024-cüilin sonuna bu göstərici 58.55%-ə yüksəlib. 2024-cü il ərzindəəvvəlki illə müqayisədə yerli gəlirlər 77 milyon 154 min AZNartıb.

Chosen
15
az.trend.az

1Sources