İranda TIR-ın üç avtomobillə toqquşması nəticəsində üç nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, məlumatı \"Azad İran” yayıb.
Bildirilib ki, hadisə yanvarın 30-da İlam-Meyran magistralında baş verib. TIR \"Nissan” və \"Hyundai” markalı pikap, \"Pride” markalı minik avtomobil ilə toqquşub.
Qəzaya TIR-ın əyləc sistemindəki nasazlıq səbəb kimi göstərilir.