1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Beyləqan rayonunun Birinci Aşıqlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Kənd sakini 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzovun etdiyi 77-GJ-026 dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb.
![](https://images.oxu.az/2025/01/30/aPf2751K2FIHY47nxJFzEYa2DhKox0qUfQQtfXBO:450.jpg)
![](https://images.oxu.az/2025/01/30/BfeohWNApQ9aFCNtcv8YHztggTM7RcYlFBywsBfB:450.jpg)
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü F.Novruzov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova